DGK: “Sınıq Körpü”x9d gömrük postunda nisbi sıxlıq yaranıb

Hazırda oxunan: DGK: “Sınıq Körpü”x9d gömrük postunda nisbi sıxlıq yaranıb

126685
Martın 13-dən 14-nə keçən gecə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü”x9d gömrük postunda nisbi sıxlıq yaranıb və tez bir zamanda tam aradan qaldırılıb. xa0

Bu haqda DGK-ni mətbaut xidməti Moderator.az-a məlumat verib.

Belə ki, həftənin istirahət günlərində və bayram günləri ərəfəsində qonşu Gürcüstan Respublikasına səyahət edənlərin intensiv şəkildə geri qayıtması “Sınıq Körpü”x9d gömrük postunun idxal nəzarət xəttində iş rejiminin gərginləşməsilə nəticələnib. xa0

Ölkəyə gələnlərin sayındakı kəskin artım bu gömrük keçid məntəqəsində təqribən 2 saata qədər nisbi sıxlığın yaranmasına səbəb olub. xa0Dərhal Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi müvafiqxa0
tədbirlər nəticəsində xa0sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin və fiziki şəxslərin normal iş rejimində keçidi bərpa edilib. xa0 xa0xa0

Dövlət Gömrük Komitəsi bildirir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin