Cahangir Əsgərovun “Gazelli”x9dsi sahibkarları qaz kimi yolur...

Hazırda oxunan: Cahangir Əsgərovun “Gazelli”x9dsi sahibkarları qaz kimi yolur...

115096
AZAL prezidentinin ailə şirkəti haqda nələr bilirik?xa0

Kosmetik vasitələr Azərbaycanda məcburi sertifikatlaşdırma tələb olunan məhsullardandır. Bu, Nazirlər Kabinetinin 29 may 2015-ci il 208 nömrəli qərarı ilə nəzərdə tutulub və 1993-cü ildə 343 nömrəli qərarla təsdiqlənmiş 90 adda məhsulun siyahısına artırma ilə qeyd olunub. Bəs bu sertifikatlaşdırmanı kim həyata keçirir?xa0

Azərbaycanda kosmetik vasitələrin sertifikatlaşdırılmasını həyata keçirən tək qurum olan Ekotest MMC-dir. 2011-ci ildən Milli Akkreditasiya Sistemində qeydiyyatdan keçən qurumun bu fəaliyyətində heç bir qüsur olmazdı. Əgər”¦ Qurum ilə ölkənin yeganə kosmetika istehsalçısı Gazelli eyni şəxsə - Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus olmasa idi. Sertifikatlaşdırma üçün götürülən analizlər də elə Gazelli-nin Şüvəlanda yerləşən laboratoriyasında aparılır. Təsəvvür edirsinizmi, ölkənin ilk kosmetika brendinə rəqib olaraq bazara girmək istəyən hər hansı istehsalatçı Gazelli-nin “xeyir-dua”x9dsını almalı olur? Ən absurd olan cəhət isə sertifikatlaşdırma qurumuna yoxlayacağı müəssisənin istehsal prosesinə və məkanına nəzarət etməsi ilə başlayır. Təsəvvür edin ki, siz rəqabətə başladığınız istehsalçının müəssisənizə girib, bütün istehsal sirlərinizi öyrənməsinə məcbursunuz.

Əsgərovların
Cahangir Əsgərovun özü hava nəqliyyatında böyük monopoliya yaradıb, baxmayaraq ki, “Azərbaycan Hava Yolları”x9d QSC dövlət müəssisəsidir, xanımı isə kosmetika sahəsinə tam nəzarətə götürərək istədiyi şərti diktə edir. Təkcə bir ailənin nəzarətindəki monopoliya ölkəyə, vətəndaşlara nə qədər ziyan vurur. İndi bu cür monopolist məmur ailələrinin sayı onlarla olanda vəziyyətin necə fəlakətli olduğunu təsəvvür etmək adamı heyrətə salır. Məhz bu cür qüsurlu iqtisadi sistemin (əslində sistemsizliyin) tətbiqinə görə Azərbaycan bu cür çıxılmaz durumla üzləşib... (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin