"Cəmiyyətimiz bunun "arxadan xaincəsinə vurulmuş xəncər" olduğunu hiss etməyə başlayıb"

Hazırda oxunan: "Cəmiyyətimiz bunun "arxadan xaincəsinə vurulmuş xəncər" olduğunu hiss etməyə başlayıb"

114464
Azərbaycanda indi hamını "NƏ ETMƏLİ" sualının cavabı maraqlandırır. Doğrudan da Azərbaycanın düşdüyü ağır iqtisadi, insani, hüquqi, sosial, siyasi, hərbi böhrandan çıxarılmasının yolları varmı, varsa bunlar nələrdir? Əlbətdə ki, hazırda cəmiyyətimiz şokdan tam ayılmasa da, vəziyyətin kritik olduğunu anlamağa, bunun "arxadan xaincəsinə vurulmuş xəncər" olduğunu hiss etməyə başlayıb. Yara isə dərin və öldürücüdür... 

Nə etməli sualına emosiyalara qapılmadan, vətənimizin və vətəndaşlarımızın mövcud durumunu doğru dəyərləndirərək cavab tapmaq lazım olacaq. Mən də bu barədə dayanmadan düşünürkən qəlbimdən də qara qanlar axır. Niyə belə oldu? Axı bu xalq, bu vətən hamıya hər şey vermişdi. Niyə belə etdilər görəsən? Nə səbəbə? "Nə isə" deyib keçmək isə mümkün deyil. Mən emosiyalarıma bu qədər coşmağa imkan verdim. İndi isə xalqımızı, insanlarımızı, vətənimizi, dövlətimizi bu ağır, çıxılmaz vəziyyətdən qurtarmağın doğru yolları haqqında fikirləşmək, bu yolları tapmaq lazımdır. Gəlin hamımız bu barədə düşünək, danışaq, çalışaq hörmətli dostlarım.

İxtiyar Şirin, keçmiş baş prokuror
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin