Bakı şəhərində heykəldən özünü asan şəxsin kimliyi hələ də qaranlıqdır. Bu il avqustun 8-də Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına idman konsert kompleksinin arxasındakı parkda intihar olub. Təxminən 30-35 yaşında olan kişi parkdakı at heykəlindən asılmış vəziyyətdə tapılıb.
Nəsmi rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, meyitin üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmasa da, "həyatdan bezmişəm" sözləri yazılmış məktub çıxıb. O vaxtda həmin meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Polis idarəsi Milli.Az-a həmin şəxsin meyitxanada çəkimiş şəklini də göndərib.





































































































