Ötən ilin yanvar ayında Azərbaycan mətbuatında bir xəbər yayıldı ”“ Qafqaz İslam Orusunun döyüş bayrağı Gəncədə tapıldı. xa0Çox keçmədi ki, bu xəbər ildırım surətilə Türkiyə mediasını da xa0bürüdü. Qardaş ölkənin informasiya resursları bir-birinin ardınca “Nuri Paşanın sancağı Azərbaycanda bulundu”x9d xa0başlıqlı manşetlərlə çıxış etdilər. Həm Azərbaycan, həm də Türkiyə telekanalları bu barədə xüsusi reportajlar hazırladılar.xa0
Söhbət 1918-ci ilin May ayının 25-də Nuru Paşanın rəhbərliyi ilə Gəncəyə daxil olmuş Qafqaz İslam Ordusunun döyüş bayrağından gedirdi. xa0Bir müddətdən sonra isə Türkiyənin o zamankı xarici işlər naziri, indiki baş naziri Əhməd Davudoğlu və onu müşayət edən nümayəndə heyəti Nuru Paşanın bayrağının qorunduğu evi ziyarət etdi. Növbəti günlər isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar başda olmaqla Türkiyənin yüksək çinli hərbçiləri məhz bayrağa görə Gəncəyə səfər etdilər. Təbi ki, bayrağın yaşı ilə bağlı alimlərdən ibarət xüsusi komissiya işlədi və təyin oldu ki, bu, məhz həmin xilaskar ordunun müqəddəs bayrağıdır.xa0
Yeri gəlmişkən, bu bayraq Gəncə sakini Füzuli Hüseynovun atası Əli kişi tərəfindən qorunub. Əli kişi Nuru Paşanı Gəncədə qarşılayan şəxslərdən olub və həmin proseslərdə yaxından iştirak edib. Qafqaz İslam Ordusu Gəncədən Bakıya yollanda həmin bu bayraq Gəncədə saxlanılıb və Nuru paşanın şəhərdə qaldığı evin üzərinə vurulub. 1920-ci ildə Azərbaycanda kommunist xa0rejimi qurulanda Əli kişi bu bayrağı qorumaq üçün onu evin üzərindən götürür və və gələcək nəsillərə ötürmək üçün öz evinin üzərindəki torpaq örtüyündə gizlədir. Dünyasını dəyişəndə isə övladlarına nəsihət edir ki, bayrağı tapıb onu göz bəbəkləri kimi qorusunlar...
Bu bayrağın harada olduğunu, kimlər tərəfindən qorunduğunu müəyyən edən isə “Azerfax.az" saytının baş redaktoru, tanınmış jurnalist Nicat Dağlardı. O, apardığı araşdırma nəticəsində bu bayrağı üzə çıxarıb, ona həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin diqqətini yönəldib. Jurnalistin bu tapıntısı “THE FİRST”x9d beynəlxalq mükafatının təsisçilərinin diqqətindən yayınmayıb. “Xəyal Prodakşn”x9d Nicat Dağları hələ ötən il mükafatlandırmağı qərarlaşdırsa da jurnalistin səhətində yaranmış problemlərlə əlaqədar təqdimatı təxirə salmışdı. Nəhayət bu il “THE FİRST”x9d beynəlxalq mükafatı Nicat Dağlara təqdim olundu.xa0
“Hilton”x9d otelində düzənlənmiş mərasimdə çıxış edən N.Dağlar Türk bayrağına görə mükafat almasından qürurulandığını deyib. Jurnalist göstərilmiş diqqətə görə “Xəyal Prodakşn”x9da və şəxsən Xəyal Rzaya təşəkkürünü bildirib.xa0




































































































