Yeni dövlət rüsumları sabahdan qüvvədədir - DİN-dən açıqlama

Hazırda oxunan: Yeni dövlət rüsumları sabahdan qüvvədədir - DİN-dən açıqlama

109074
Daxili İşlər Nazirliyi (DİN) şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumlarının məbləği barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda yeni dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin