Ana Vətən Partiyasının 25 illik yubileyi keçirilib

Hazırda oxunan: Ana Vətən Partiyasının 25 illik yubileyi keçirilib

107782
Ana Vətən Partiyasının 25 illik yubileyilə bağlı geniş tədbir keçirilib. Tətbirdə partiyanın rəhbərliyi, rayon təşkilatlarının sədrləri, Ali Məclis üzvləri, eyni zamanda qonaq kimi siyasi partiya rəhbərləri və millət vəkilləri də iştirak edib.Tədbirin açılışından sonra ilk öncə yubiley iştirakçıları partiyanın sədri Fəzail Ağamalını növbəti dəfə Milli Məclis üzvülüyünə seçilməsi münasibətilə təbrik edib. Sonra isə AVP sədri, millət vəkili Fəzail Ağamalı partiyanın 25 illik tarixi barədə məlumat verib.

Daha sonra AVP-nin tarixini özündə əks etdirən video-rolik nümayiş etdirilib.

Yubileydə qonaq kimi iştirak edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, BQP-nın sədri, millət vəkili Fazil Qəzənfəroğlu çıxış edərək AVP-nin sədrini və üzvlərini partiyanın 25 illik yubileyi münasibətilə təbrik ediblər.

Tədbir AVP-nin 25 illik yubileyi şərəfinə verilən ziyafətlə yekunlaşıb.


Ana Vətən Partiyasının 25 illik yubileyi keçirilib Ana Vətən Partiyasının 25 illik yubileyi keçirilib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin