Baş prokuror 5 rayonun sakinləri ilə görüşəcək

Hazırda oxunan: Baş prokuror 5 rayonun sakinləri ilə görüşəcək

102783
Baş prokuroru Zakir Qaralov Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşlarla görüşəcək.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il noyabrın 13-də saat 11:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin