SSRİ-ni məhv edən “Böyük çöküş planı”x9d - Video

Hazırda oxunan: SSRİ-ni məhv edən “Böyük çöküş planı”x9d - Video

101364
1988-ci ilin 17 noyabrında Şuşada yerləşən Topxana meşəsinin qırılmasına, anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq xalq Azadlıq meydanına toplaşdı. SSRİ-nin çöküşünün başlanğıcı olan anti-sovet xalq hərəkatı başladı. xa0xa0

Azərbaycanı müstəqilliyə aparan mitinqin təşkil olunmasında məqsəd xalqın səsini SSRİ rəhbərliyinə çatdırmaq idi. xa0xa0

Xalq Moskvadan Topxana meşəsinin qırılmasının dayandırılmasını, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ərazisində respublika hakimiyyətinin səlahiyyətlərinin bərpa olunmasını və SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsinin müzakirə edilməsini istəyirdi. xa0xa0

Milyonlarla insanın toplaşdığı Meydan hərəkatı dekabrın 5-də başa çatsa da, Azərbaycan Milli Azadlıq Hərəkatına (1988-1991-ci illər) çevrildi. xa0 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. SSRİ rəhbərliyi zor gücünə də olsa, imperiyanı qorumağa çalışır, etirazları qırğınlar hesabına dağıdırdı. Lakin bütün cəhdlər boşuna idi. xa0xa0

Heydər Əliyevin sədrliyi ilə 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist”x9d sözləri götürüldü, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edildi. xa0xa0

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası”x9d adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. xa0xa0

1991-ci ilin 30 avqustunda Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında”x9d Bəyannamə qəbul edildi. xa0xa0

Ali Sovetin oktyabrın 8-də işə başlanan növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük müzakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı. xa0xa0

Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak etmişdi. Səsvermə zamanı “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”x9d yekdilliklə qəbul olundu. xa0xa0

Konstitusiya Aktının preambulasında 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi, 70 il ərzində sovet rejimi tərəfindən Azərbaycan Respublikasına qarşı müstəmləkəçilik siyasətinin yeridildiyi vurğulanırdı. Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsaslandığı qeyd edilirdi. xa0xa0

Yuxarı dairələr bu sənədin qəbul edilməsinin xalqı sakitləşdirəcəyini, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəyini düşünürdülər. “Konstitusiya Aktı”x9d ilkin mərhələdə yalnız quru kağız olaraq qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rəhbərlik Kremlin dediyi ilə oturub-dururdu. xa0xa0

Məhz buna son qoymaq üçün 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. xa0xa0

Xalq referendumda “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı”x9dna tərəfdarsınızmı?”x9d sualına cavab verməliydi. Səsvermə zamanı xalq yekdilliklə Azərbaycanın dövlət müstəqilliyinə səs verdi. xa0xa0

Azərbaycanın müstəqilliyini 1991-ci ilin 9 noyabrında ilk tanıyan qardaş Türkiyə oldu. Sonra isə Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ və Rusiya xa0Azərbaycanı müstəqil dövlət kimi qəbul etdilər. xa0xa0

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq arenada de-fakto və de-yure tanınmasına başlandı. (axar.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin