2017-ci ildə Azərbaycan əhalisi üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli vətəndaşlar üçün 164, pensiyaçılar üçün 130, uşaqlar üçün 136,6 xa0manat hesablanıb. xa0Qeyd edək ki, ölkədə minimim əmək haqqı isə 116 manatdır...xa0
Moderator.az-ın erməni mediasına verdiyi məlumata görə, Azərbaycanın xa0işğal altındakı Dağlıq Qarabağ əhalisi üçün minimal istehlak səbəti -190 manat müəyyənləşdirilib.xa0

Bu barədə erməni jurnalistlərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndindəki missiyasının ictimaiyətlə əlaqələr şöbəsinin əməkdaşı Eteri Musaelyan söyləyib. O bildirib ki, BQXK-nın buradakı nümayəndəliyi mkansız, tənha və ahıl ermənilərə, eləcə də mina partlyışından zərər çəkənlərə yardım edir. xa0Aylıq qazancı minimal istehlak səbətinin dəyərindən aşağı olanlara həmin qalıq Komitə tərəfindən ödənilir. Məhz bu məqamda BQXK nümayəndəsi Dağlıq Qarabağda minimum istehlak səbətinin dəyərinin 56 min dram, yəni təxminən190 AZN olduğunu vurğulayıb.xa0


Bir neçə erməni jurnalist BQXK nümayəndələri ilə birgə xa0işğal altındakı Xocavənd rayonunun Çartar kəndində olub. Yeri gəlmişkən, erməni KİV-i artıq abadlaşdırıldığı iddia edilən bu kəndi “şəhər”x9d adlandırır. Məlum olub ki, Çartarda tənha yaşayan Aleksandr Avanesyan qondarma rejimdən 44 min dram pensiya alır. Bundan əlavə, ağır vəziyyətini nəzərə alaraq rejim ona əlavə olaraq 9400 dram(təxm. 19 AZN), BQXK isə 4600 xa0dram(təxm. 9 AZN) ödəyir.
Sultan Laçın

































































































