“Adil İsgəndərov Ənvər Məmmədxanlıya nə üçün qəzəbləndi?”x9d

Hazırda oxunan: “Adil İsgəndərov Ənvər Məmmədxanlıya nə üçün qəzəbləndi?”x9d

124145

Moderator.az “Yada düşər xatirələr”x9d layihəsi çərçivəsində xalq yazıçısı İsa Muğannanın xalq yazıçısı Ənvər Məmmədxanlı haqqında  xatirələrini təqdim edir:

Narahat Ənvər

Onunla ömrünün axırlarına yaxın tamam dostlaşmışdım. Ənvər sirrini heç kimə açmaz, dərdini içində çəkərdi. Azərbaycan xalqının tarixindən söz düşəndə təkrar edərdi: “Son dərəcə qarışıqdır, ay İsa. Tarixdən yazan yazıçı ilə  məhz onun tarixi əsərinə görə  gələcəkdə  maraqlanacaqlar. Ona görə də yazıçı  hər bir kəlmənin məsuliyyətini hiss etməlidir. Arxamca kiminsə yaman söz danışmasını istəməzdim”x9d.

Bir ömürlük peşmançılıq

Ənvər Məmmədxanlının “Şərqin səhəri”x9d pyesinə nə qədər baxılsa da, teatr səhnələrindən düşməsə də yazıçı ona görə həmişə için-için yanırdı. Çünki əsərin mərkəzində milyonlarla insanın sürgündə çürüməsinə səbəb olan İosif Stalin dururdu. Ənvər böyük daxili peşmançılıq çəkirdi, amma günahı özündən çox  dövrdə görürdü. Məhz “Şərqin səhəri”x9dnin müəllifi olduğuna görə özünə bəraət qazandırmaq, səhvini etiraf etmək üçün ciddi-cəhdlə Babəki öyrənməyə başladı. Mən də qədim dövrləri aramsız araşdıran yazıçı olduğuma görə Ənvərlə tarix barəsində olan söhbətlərim uzandıqca uzanırdı. Ənvər bu zaman yenə zəmanəni qamçılayırdı. Deyirdi ki, tariximizi dolğun əks etdirən əsas mənbələri, materialları gizlədib, qapıya da dağ boyda qıfıl vurublar. Əlimizdə qalanlar isə şikəst materiallardı.

Adil İsgəndərovun qəzəbi 

Ənvər deyirdi ki, mən Babək haqqında ssenarinin üzünü bir neçə dəfə köçürdüyüm, onu təkrar-təkrar işlədiyim üçün kinostudiyanın direktoru Adil İsgəndərov mənə qəzəblənirdi. Onun qəzəb vulkanı püskürərdi: "Qada, sən bu əsəri nə vaxta yazacaqsan?!" Deyirdim ki, Adil bəy hirslənmə, lazım gəlsə mən bu romanı və ssenarini ömrümün sonuna qədər yazacağam.

Ənvər və mən

Ənvər çox sərt idi. Ömrünün sonuna yaxın təkcə bircə dəfə uzaqdan mənə qəzəblə baxdığını gördüm. O vaxt kinostudiyada direktor Cəmil Əlibəyli idi. Bizim şuranın iclasında ssenarinin yenidən işlənməsini təklif etdi. Cəmil müəllim o sözləri deyən zaman him-cimlə onu başa salmağa çalışdım. Cəmil hiss etmədi. Axırda xırdaca bir kağızda əlimin altında gizlədə-gizlədə yazdım: “Cəmil! Sən Ənvərin pencəyinin qollarına bax!”x9d Pencəyinin qolları didik-didik olmuşdu. Ənvər əsəbindən qolları didirdi. Cəmil müəllim boyca balaca idi. Ayağa qalxdı və dedi ki, ssenari qəbul olunur. Nöqsanları çəkiliş prosesində Ənvər müəllimin özü aradan qaldırar.

Elmin Nuri
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin