Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Hazırda oxunan: Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

611626

Ağır xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan Kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadə həm xəstəliyə qalib gəlib, həm də Olimpiada da qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.
 

Belə ki, Emin Mustafazadə 8-ci sinifdə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olub. Sonra o, xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalıb və böyük mübarizələr aparıb.


Emin bu günlərdə  9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.

O, həmçinin 7-ci sinifdə Respublika Fənn Müsabiqəsindən də qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin