Bakının Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 11 ünvanındakı 9 mərtəbəli binanın iki blokunun liftlərinin detalları yoxa çıxıb.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, sakinlərin bəziləri liftin motorunun, bəziləri isə elektrik şitinin yoxa çıxdığını deyirlər.
Məsələ ilə bağlı Bakı Lift Təmir İstehsalat Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, kənar şəxslər tərəfindən liftin şaxta hissəsində olan bütün detallar, kabellər kəsilərək oğurlanıb. Oğru Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda istintaq gedir.
"Həmçinin, lift xaricdə istehsal olunduğuna görə bərpa olunması üçün Lift Təmir İstehsalat Birliyi tərəfindən müxtəlif ölkələrdə yerləşən zavodlara müraciət ünvanlanıb.
Hazırda həmin modelin detalları barədə araşdırmalar gedir. Yaxın vaxtlarda problemin həlli istiqamətində sakinlər məlumatlandırılacaq”,- deyə qurumdan bildirildi.
Bizim.Media








































































































