Azərbaycan ərazisi UNESCO-nun qlobal biosfer qoruğu statusunu QAZANDI - FOTO
Paraqvay Respublikasının Hernandarias şəhərində UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 38-ci sessiyası keçirilir. Azərbaycan da bu Şuranın üzvüdür.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, sessiyada ölkəmiz Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin nümayəndə heyəti ilə təmsil olunur.
Sessiyanın bugünkü iclası çərçivəsində komitə üzvlərinin yekdil qərarına əsasən, Azərbaycanın "Böyük Qafqaz Biosfer Reservi" nominasiya faylı UNESCO-nun Dünya Biosfer Rezervləri...