Yük maşını xarab oldu, 49 nəfər susuzluqdan öldü – Səhradakı FACİƏNİN DETALLARI - FOTO

Hazırda oxunan: Yük maşını xarab oldu, 49 nəfər susuzluqdan öldü – Səhradakı FACİƏNİN DETALLARI - FOTO

617429

Nigerin şimalında, Sahara səhrasının ucqar bölgəsində yük maşınının xarab olması nəticəsində azı 49 nəfər susuzluqdan həyatını itirib.

Bizim.Media “BBC”yə istinadla xəbər verir ki, onlar Malidə keçirilən müsəlman dini mərasimindən qayıdırmışlar.

Qrup Niger-Əlcəzair sərhədində yerləşən Assamaka məntəqəsindən təxminən 80 kilometr qərbdə səhrada köməksiz vəziyyətdə qalıb.

Aqadez qubernatorluğunun yaydığı bəyanatda bildirilir ki, sərnişinlər son dərəcə yüksək temperaturun hökm sürdüyü və su mənbələrinin olmadığı ərazidə çıxılmaz vəziyyətə düşüblər.
 

Faciədən yalnız iki nəfər sağ çıxıb. Onlar piyada səhranı keçərək Assamakaya çatıb və hadisə barədə hakimiyyət orqanlarına məlumat veriblər.


Məlum olub ki, yük maşını Malinin Telhandek qəsəbəsindən yola düşsə də, sonradan marşrutdan kənara çıxıb. Sürücü və sərnişinlər günlərlə nəqliyyat vasitəsini təmir etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Su ehtiyatları tükəndikdən sonra insanlar səhrada köməksiz qalıblar.

Xilasetmə qrupları hadisə yerinə çatdıqda onlarla insanın cəsədini yük maşınının altında və ətrafında aşkarlayıb. Həlak olanlar kütləvi məzarlıqlarda dəfn ediliblər.

Maraqlıdır ki, geri qayıdan xilasetmə qrupu daha bir nasaz yük maşını ilə qarşılaşıb. İçərisində 60-dan çox sərnişin olan nəqliyyat vasitəsi akkumulyator nasazlığı səbəbindən üç gün səhrada qalmışdı. Hərbçilərin də daxil olduğu xilasedicilər sərnişinlərə su paylayıb, avtomobili təmir edərək onların yollarına davam etməsinə kömək ediblər.

Qeyd olunur ki, Niger səhrası Qərbi Afrikadan Avropaya getməyə çalışan miqrantların əsas tranzit marşrutlarından biri olaraq qalır. Buna baxmayaraq, təhlükəli şərait və ölüm riski hər il çoxsaylı insan tələfatına səbəb olur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin