İrana ÇAĞIRIŞ: “Livanın adından hədəf kimi istifadə etmə!”

Hazırda oxunan: İrana ÇAĞIRIŞ: “Livanın adından hədəf kimi istifadə etmə!”

617473

Livan ərazisinin atəşə tutulması davam etdiyi müddətcə heç bir diplomatik səy nəticə verməyəcək, baxmayaraq ki, Beyrut ən optimal yol kimi diplomatiyanı seçib. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Livanın Baş naziri Nəvaf Salam səsləndirib.

Baş nazir İran rəhbərliyini ölkənin cənub bölgələrini və sakinlərini xarici siyasət danışıqlarında təzyiq aləti kimi istifadə etməyi dayandırmağa çağırıb: 

“İran cənubumuza rəhm etməli və öz danışıqlar şərtlərini yaxşılaşdırmaq üçün ondan bir hədəf kimi istifadə etməkdən vaz keçməlidir”. 

Salam əlavə edib ki, daha əvvəl tərəflər atəşkəs razılaşması əldə etsələr də, Tehranın mövqeyi bu prosesi əngəlləyib.

Onun sözlərinə görə, SEPAH bu razılaşmaya əməl etməkdən imtina edən ilk tərəf olub. 

Baş nazir Livan xalqının İsrail və “Hizbullah” arasındakı qarşıdurmadan yorulduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin