Bakı Enerji Həftəsi Avropa mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – Məzahir Əfəndiyevin MƏQALƏSİ – FOTO

Hazırda oxunan: Bakı Enerji Həftəsi Avropa mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – Məzahir Əfəndiyevin MƏQALƏSİ – FOTO

617369

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa İttifaqında yayımlanan tanınmış informasiya portalı – EU Today–də Bakı Enerji Həftəsi ilə bağlı “Azerbaijan’s Energy Vision Powers Economic Growth and Regional Stability” adlı məqaləsi dərc olunub.

Məqalədə 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsinin o zaman dünyanın və regionun gələcək inkişafında bütün tərəflərin maraqlarını təmin etməklə bu günə qədər öz dayanıqlılığını qoruyub saxladığı və bu gün Prezident İlham Əliyevin ölkəmizin çoxvektorlu xarici siyasətində enerji siyasətini prioritet elan edərək, onu Azərbaycanın bütövlüyünün, regionda sabitliyin, təhlükəsiz davamlı inkişafın təmin olunmasında əsas alət kimi istifadə etməsi vurğulanıb.

Deputat qeyd edib ki, son illərdə Azərbaycan təbii enerjinin dünya dövlətlərinə çatdırılması istiqamətində mühüm nailiyyətlərə imza atıb.

Belə ki, 20-dən çox ölkəni, 40-dan çox beynəlxalq şirkətləri əhatə edən TAP və TANAP qaz kəmərlərinin şaxələndirilməsi işinə töhfə verərək bu gün istehsal etdiyi qazın Avropa bazarına çatdırmağa nail olub. Həmçinin, etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut etmiş Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində də iştirakı ilə bu gün yeni uğur hekayəsi yazır.
 

Eyni zamanda, M.Əfəndiyev əldə olunan uğurlara, həyata keçirilən düzgün və ardıcıl enerji siyasətinin nəticəsinə dünya ictimaiyyətinin bu günlərdə Bakı Enerji Həftəsi çərçivəsində şahidlik etdiyini diqqətə çatdırıb.


01 iyun 2026-cı il tarixində Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, enerji resurslarından əldə olunan gəlirlərin səmərəli idarə olunması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, qlobal və regional layihələrdə fəal iştirakına, eləcə də beynəlxalq müstəvidə qəbul edilən qərarların icrasında etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb.
 

Sonda millət vəklili, Bakı Enerji Həftəsinin müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoymaqla, əldə olunan nailiyyətlərin, enerji diplomatiyasının uğurlarının və gələcək inkişaf perspektivlərinin təqdim olunduğu mühüm beynəlxalq platforma olaraq öz əhəmiyyətini qoruyub saxladığına toxunub.


Burada özəl şirkətlərin ənənəvi və alternativ enerji mənbələrindən səmərəli idarə olunması üçün təşkil olunmuş sərgilərdə təmsil olunması, bu sahədə yeniliklərin, qarşılıqlı uğurlu layihələrin təqdimatlarının hər bir iştirakçı tərəf üçün əlavə yeni-yeni imkanlar yaradacağı qeyd olunur.

Həmin məqalə ilə Məzahir Əfəndiyevin “X” platforması üzərindən (//x.com/MezahirEfendi/status/2062408881029120465?s=20i), eyni zamanda aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
//eutoday.net/azerbaijans-energy-vision/
//x.com/EU_today/status/2062493237596520746



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin