Paytaxtın iki rayonunda işıq kəsiləcək – ÜNVANLAR
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 28-də Yasamal və Nizami rayonlarında elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Bizim.Media “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Məhəmməd Xiyabani və Şəfayət Mehdiyev küçələri, Tbilisi prospekti və İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Keşlə qəsəbəsinin ...