Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4–8 dərəcə enəcəyi gözlənilir.
Bundan əlavə, avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə b...