Azərbaycan nefti UCUZLAŞDI
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,2 ABŞ dolları və ya 3,36 % azalaraq 91,93 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 89 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,12 ABŞ dolları və ya 3,4 % azalaraq 88,5 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xat...