Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq
"Bu gün uşaqlarımız kiberzorakılıq, zərərli məzmun və şəxsi məlumatların oğurlanması kimi ciddi kiberhəmlələrlə üz-üzədirlər. Dövlət Komitəsinin yaxından iştirakı ilə hazırlanan yeni qanun layihəsi bu sahədə hüquqi nizam yaradır. Yeni qaydalara əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatı məhdudlaşdırılır; 16–18 yaş arası yeniyetmələrin fəaliyyəti isə birbaşa valideyn nəzarətinə və razılığına bağlanır".
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, bu tənzimləmə təkcə val...