XİN: Vurulan gəmidəki soydaşlarımız ölkəmizə təxliyə edildi
İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.
Bizim.Media...