Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar
Sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödənilən əkin subsidiyası mərhələli şəkildə azaldılacaq. 2026-2027-ci əkin mövsümündə belə fermerlərin subsidiyası 50 faiz aşağı salınacaq, 2027-2028-ci əkin mövsümündə isə subsidiya əmsalı sıfır qəbul ediləcək.
Bu barədə Bizim.Media-ya Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.
Bildirilib ki, yerli toxumçuluğun inkişaf etdirilməsi məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək.
Belə ki, yerli mənşəli super-elit buğda və arpa toxumlarının istehsalına görə fermerlərə hər hektar üçün 470 manat əkin subsidiyası veriləcək. Xarici mənşəli super-elit buğda və arpa toxumçulu...