Şimal bölgəsində zəlzələ baş verdi – SON DƏQİQƏ
Xaçmaz rayonunda zəlzələ qeydə alınıb.
Bizim.Media-nın region üzrə müxbirinin məlumatına görə, təbiət hadisəsi 20.56-da Xaçmazın Palıdlı kəndində qeydə alınıb.
Zəlzələ Quba rayonunda da hiss olunub. Zəlzələnin maqnitudası və episentri ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu...