Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI
2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376.6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 564 milyon manat təşkil edib ki, bu da proqnozu 99 milyon manat və ya 0.7 faiz üstələyib.
Qeyd olunub ki, dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 862.5 milyon manat təşkil edərək proqnozdan 129 milyon mana...