FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

Hazırda oxunan: FİFA-nın transfer qadağası ilə bağlı “Neftçi”dən AÇIQLAMA - FOTO

611687

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) “Neftçi” futbol klubuna qarşıdakı 3 transfer pəncərəsində qadağa tətbiq edib.

Məsələ ilə bağlı klubdan Bizim.Media-ya verilən məlumata görə, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır.

“Bununla da transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdi. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar” – məlumatda vurğulanıb.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin