1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

Hazırda oxunan: 1600 gəmi Hörmüz boğazı yaxınlığında “ilişib qalıb”

611723

Hazırda təxminən 1600 tanker və digər gəmilər Hörmüz boğazının yaxınlığında qalıb və oradan keçə bilmir.

Bizim.Media CNN telekanalına istinadla xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri indiyədək yalnız iki gəmini boğazdan keçirə bilib.

Telekanalın məlumatına görə, ABŞ və İran arasında münaqişənin başlanmasından bəri Hörmüz boğazında 32 gəmi atəşə tutulub, nəticədə 10 nəfər ölüb, onlarla insan yaralanıb.

ABŞ Prezidenti Donald Tramp mayın 5-də bildirib ki, İranla danışıqların uğurla başa çatacağı və razılaşma imzalanacağı barədə məlumat alanadək Hörmüz boğazından gəmilərin keçidini təşkil edən "Azadlıq layihəsi" əməliyyatını dayandırmaq qərarına gəlib. Bununla bağlı Pakistan və digər ölkələrdən müvafiq sorğu alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin