Gəncənin Məhsəti qəsəbəsində baş verən mübahisə zamanı xəsarət alan yeniyetmənin sağlamlıq vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, söhbət bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2011-ci il təvəllüdlü S.Həsənzadədən gedir.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından yerli büromuza verilən məlumata görə, yeniyetmə 07.05.2026-cı il tarixində saat 01:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, - deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu






































































































