Bu gün saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədardır.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:23 / 07.05.2026
Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Hazırda oxunan: Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Hazırda oxunan: Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ
611672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































