Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı oldu - FOTOLAR
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Xarıbülbül” bu il də Şuşanı musiqi və rəngarəng mədəniyyətlərin ünvanına çevirib. Festivalda təkcə yerli incəsənət nümayəndələri deyil, həm də bir sıra xarici ölkələrdən gələn musiqi kollektivləri və solo ifaçılar bir araya gəlib. Belə ki, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəs...