Bakı əhalisinin sayı BƏLLİ OLDU
Bakı dinamik inkişaf edən şəhərdir, son statistikaya görə, Bakı aqlomerasiyasının əhalisi 3 milyonu ötüb.
Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi" adlı dəyirmi masada deyib.
O xatırladıb ki, iki il əvvəl Bakının yeni Baş Planı təsdiqlənib:
"Həmin sənədə əsasən, paytaxtın inkişafı çoxmərkəzli, çoxfunksiyalı və komfortlu şəhər modeli əsasında həyata keçirilir. Hazırda Baş Plana uyğun olaraq şəhərdə geniş abadlıq-quruculuq...