Taxtalar kəndının yeganə şəhidinin ANIM günüdür - FOTO

Hazırda oxunan: Taxtalar kəndının yeganə şəhidinin ANIM günüdür - FOTO

614100

Bu gün Zaqatala rayonu Taxtalar kəndının yeganə şəhidi Nemət Kusayevın anım gündür.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım mərasimində ailə üzvləri, şəhid ailələri və kənd sakinləri iştirak edib.

Məlumat verilib ki, şəhid Nemət Kusayev 1988-ci il dekabrın 4-də Zaqatala rayonunun Taxtalar (Car) kəndində anadan olub. O, 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ildə kiçik çavuş Nemət Kusayev Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində ermənilərin atəşkəs rejmini pozması nəticəsində şəhid olub .

Şəhidin məzarı başında dualar oxunub, vətən uğrunda canından keçən vətən oğlunun əziz xatirəsinin unudulmayacağı qeyd olunub.










Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin