6 nəfəri öldürüb, 8 nəfəri yaralayan şəxs həyatına SON qoydu - Türkiyədə DƏHŞƏT- FOTO

Hazırda oxunan: 6 nəfəri öldürüb, 8 nəfəri yaralayan şəxs həyatına SON qoydu - Türkiyədə DƏHŞƏT- FOTO

614086

Ötən gün Türkiyənin Mersinin Tarsus və Çamlıyayla rayonlarında qandonduran qətliam baş verib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Metin Öztürk adlı şəxs Tarsus və Çamlıyayla rayonlarında keçmiş həyat yoldaşı da daxil olmaqla 6 nəfəri öldürüb, 8 nəfəri isə yaralayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyədə silahlı hücumda ölənlərin sayı artdı – DETALLAR – FOTO/VİDEO


Hadisədən sonra şübhəli şəxs qaçaraq gizlənib.

Bu gün səhər saatlarında polis əməkdaşları onun yerini müəyyən edib və əməliyyat keçirib.

Ünvanda keçirilən əməliyyat zamanı qatil Metin Öztürk tutulmaq üzrə olduğunu anladıqda yanında olan silahla intihar edib.

Mersin Valiliyi şübhəlinin narkotik asılılığı və müxtəlif psixiatrik diaqnozlar tarixçəsinin olduğunu açıqlayıb. Fakt araşdırılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin