TƏBİB-in İcraçı direktoruna üç müşavir təyin edildi – ADLAR
TƏBİB-in İcraçı direktoru Anar Bayramova üç yeni müşavir təyin olunub.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
Həmin şəxslərin adlarını və dosyelərini təqdim edirk:
Muxtarzadə Ramil Səfər oğlu
R.Muxtarzadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Bakı Dövlət Universitetində eyni ixtisas üzrə magistr dərəcəsi alıb və bu mərhələni də fərqlənmə ilə tamamlayıb. Bununla yanaşı, İsveçdə yerləşən Kral Texnologiya İnstitutunda biznesin inkişafı və davamlılığı sahəsində mini-MBA proqramını uğurla keçib.
1998-2008-ci il...