Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

Hazırda oxunan: Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

611080

Berlin polisi 8-9 may tarixlərində şəhərdəki memoriallarda sovet simvolikasının istifadəsinə yenidən qadağa tətbiq edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Berliner Morgenpost” hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, həmin tarixlərdə memoriallarda sovet bayraqları, Georgi lentləri və digər sovet simvollarının nümayişinə icazə verilməyəcək.

Bundan başqa, müharibə illərinə aid mahnıların ifası da qadağan olunacaq.
 

Qeyd olunur ki, qadağalarla bağlı istisnalar diplomatlara və Böyük Vətən müharibəsi veteranlarına şamil ediləcək.


Berlin polisi qərarı ictimai asayişin qorunması və mümkün təxribatların qarşısının alınması ilə izah edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin