Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Hazırda oxunan: Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

611000

İsrailin keçmiş Baş naziri Naftali Bennett ölkəsinin son dövrdə İrana və onun dəstəklədiyi qüvvələrə qarşı ciddi nəticələr əldə etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Bennett bu barədə açıqlamasında danışıb.

“Biz çox şeyə nail olmuşuq — İrana, Hizbullaha, HƏMAS-a ağır zərbələr endirmişik”, - deyə keçmiş Baş nazir qeyd edib.

Bennett bildirib ki, buna baxmayaraq, İsrailin qarşısında hələ də həllini gözləyən ciddi təhlükəsizlik çağırışları qalır:

“Bəli, HƏMAS hələ də var və böyüyür. Hizbullah var. İran var. Beləliklə, növbəti hökumətlərin görəcəyi işlər var”.
 

Keçmiş Baş nazirin sözlərinə görə, bu hədəflərə yalnız İsrail cəmiyyətinin daxildən birləşdirilməsi və ölkənin yenidən qurulması ilə nail olmaq mümkündür.


O vurğulayıb ki, İsrailin gələcək təhlükəsizliyi üçün daxili birlik əsas şərtlərdən biridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin