Bu gün Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə Azərbaycan ərazisindən tranzit keçəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.
Bildirilib ki, vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Xatırladaq ki, ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, yükün Azərbaycan ərazisindən tranzit qaydada Ermənistana göndərilməsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası baxımından diqqət çəkir.
Bizim.Media



































































































