Daha 34 aptekdə nöqsanlar aşkarlandı

Hazırda oxunan: Daha 34 aptekdə nöqsanlar aşkarlandı

611033

Azərbaycanda aprel ayında 34 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
 

Bildirilib ki, ötən ay ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.


Keçirilən yoxlamaların 131-i planlı, 3-ü plandankənar və 3-ü yoxlamadan kənar olub.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin