“Röya olmağımda mənə kömək edən qüvvə... ”x9d - VİDEO

Hazırda oxunan: “Röya olmağımda mənə kömək edən qüvvə... ”x9d - VİDEO

92529


Moderator.az-ın məlumtına görə, “Sizinəm" adlanan çarxda sənətçi özü ilə bağlı maraqlı açıqlamalar verib:

“Soruşsalar ki, “Özündən məmnunsan?”x9d. Yox deməzdim, Allaha acıq gedər. Özümdən razıyam, çünki hər şeyin öhdəsindən tək gələ bilən qadınam. Deməzdim məni az sevənlərlə çox sevənlər bərabərdir. Sevənlərim daha çox oldu. Konsertlərimin sayını itirmişəm. Bəyənən də olub, bəyənməyəndə. Bir insan axıra kimi yarıya bilməz. 2005-ci ildən bu yana Heydər Əliyev Sarayı üzümə qapılarını açıb. Görüşümə minlərlə insan gəlir. Hər dəfə fərqlənməq istəmişəm və bacardığım qədər də bunu edirəm. Mən Röya olmağa çalışarkən, musiqiləri dinləyib, onlardan həzz alıb, özümə bəstələr sifariş vermişəm. Bu gün Röya olmağımda mənə kömək edən qüvvə məni sevməyənlər olub. İndi onlar görünmür, istəyənlər onların üstündən keçib”x9d. 

Video çarxda xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Murad Dadaşov, müğənni Zamiq Hüseynov, ifaçının qardaşı İsmayıl Nəcəfov da onunla bağlı fikirlərini bölüşüb.

M.Dadaşov "Röyanı anlamaq üçün onu sevmək lazımdır" deyə, bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin