Bərguzar Korel və əri Halit Ergəncin baş rollarını oynadıqları "Min Bir Gecə" serialının final bölümünün çəkildiyi villanı inşa edən şirkətə qarşı açdıqları məhkəmə prosesi sona çatıb.xa0
Belə ki, 2008-ci ildə serial çəkilən zaman final bölümünün çəkiləcəyixa0 villanı inşa edən şirkət, villa ilə bərabər onların şəkillərini də reklam edib. Məşhur cütlüyün vəkili şəkilləri icazəsiz istifadə etdiyinə görə həmin şirkətin maddi və mənəvi təzminat ödəməsi üçün məhkəməyə müraciət edib. Uzun bir vaxt-10 il davam edən məhkəmə prosesi nəhayət sona çatıb.
İstanbulun Fikir və Sənaye Hüquqları Məhkəməsi edilən iradları qəbul edərək, ittiham edilən inşaat şirkəti və ortaqlarının Bərgüzar Korelə 450 min maddi, 50 min mənəvi və Halit Ergencə 450 min maddi və 50 min mənəvi təzminat ödəməli olduğuxa0 qərar çıxarıb. Beləliklə, cütlük bir şəkillə 1 milyon lirə , bizim pulla təxminən 450 min manat qazanıblar.


































































































