“Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməkdə maraqlıdırlar”x9d

Hazırda oxunan: “Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməkdə maraqlıdırlar”x9d

85424
 “ATƏT Parlament Assambleyasının (PA) sessiyasının ilk günü Daimi Komitənin iclasında cari məsələlər bəndində qurumun müşahidə missiyasının Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı dəvət məktubumuza cavab məsələsi qaldırıldı”x9d.

Bunu apa-ya açıqlamasında ATƏT PA-nın Helsinkidəki illik sessiyasından qayıdan Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
 
“Bildirdim ki, biz ATƏT PA-nın müşahidə missiyası təşkil edərək, seçkilərdə müşahidəçi kimi iştirak etməsini arzulayırıq. Çünki Azərbaycan demokratik cəmiyyət quruculuğunda çox böyük nailiyyət əldə edib və biz bu seçki prosesini də ATƏT PA-nın iştirakı ilə keçmək istəyirik. ATƏT PA prezidentinin cavabı belə oldu ki, məktubu alıblar, dəvəti müzakirə edərək müvafiq qərar verəcəklər, ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdə maraqlıdır. Onun cavabının məzmunu bundan ibarət oldu", - deyə B. Muradova qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin