Bu ilin ilk 9 ayı ərzində Yuxarı Baş qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib.
Bunu Bizim Media-ya açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
Onun sözlərinə görə, 50 minə yaxın turist Sarayı biletsiz ziyarət edib.
"Xan sarayını ziyarət edən turistlərin təxminən 45 faizini xarici, 55 faizini isə yerli turistlər təşkil edib".
Murad Ağabəyli bildirib ki, Şəki və Yuxarı Baş ərazisində muzeylərin və turizm məhsullarının hazırlanması davam etdirilir. Hazırda burada Şəki Memarlıq Muzeyinin yaradılması istiqamətində işlər aparılır.
"Eyni zamanda Kiş kəndində tarixi məscidin bərpası istiqamətində də işlər görülur. Şəkidə tarixi hamamlarda da bərpa işlərinə başlanılıb", - o qeyd edib.
Fəridə, Bizim.Media


































































































