Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olundu

Hazırda oxunan: Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olundu

643255

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunub.

Bizim.Media xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında danışıb.

O, bunun çox vacib vəzifə olduğunu söyləyib:

"Milli komanda hər şeydən üstündür. Bu, hər bir mütəxəssisin arzuladığı vəzifədir. Xalqın baş məşqçisi olmaq gözəl hissdir. Mənim üçün isə qürurvericidir. Hər kəsin dəstəyi ilə milli komandanı uğurlu yol gözləyir. İctimaiyyətin yenidən bu kollektiv ətrafında birləşməsini təmin edəcəyik".

S.Yalçın Türkiyə Futbol Federasiyası (TFF) ilə anlaşmanın 4 illik olduğunu söyləyib.

TFF Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək iclasdan sonra təyinatı rəsmən açıqlayacaq.

Xatırladaq ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin