Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

Hazırda oxunan: Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

643250

“Yaşıl enerji” keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin “birinci yanacaq” adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerji təhlükəsizliyini möhkəmləndirir, iqtisadi xərcləri və emissiyaları aşağı salır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Onun sözlərinə görə, Azərbaycanda bərpaolunan enerjinin inkişafı və enerji səmərəliliyinin artırılması “Təmiz ətraf mühit və yaşıl artım” milli prioritetinin həyata keçirilməsində bir-birini tamamlayan iki mühüm istiqamətdir.

Nazir vurğulayıb ki, günəş və külək enerjisi hesabına istehsal imkanları genişləndikcə, sənayedə, binalarda və kommunal təsərrüfatda enerji itkilərinin azaldılması, qənaətcil texnologiyaların və rəqəmsal idarəetmənin tətbiqi də xüsusi əhəmiyyət qazanır:

“Bu sahədə son illərdə aparılan hüquqi və institusional islahatlar artıq praktiki nəticələrlə müşayiət olunur. Enerji idarəçilərinin sayı artıq 115-ə yüksəlib. Enerji auditi üzrə 12 ixtisas attestatı verilib. Binaların enerji göstəricilərinin qiymətləndirilməsi və istehlakın daha səmərəli idarə olunması üçün 2027-ci il yanvarın 1-dən rəqəmsal enerji pasportlaşdırılmasının tətbiqinə hazırlıq görülür. Enerji Effektivliyi İnformasiya Sistemi isə istehlak məlumatlarını, audit və hesabatlılıq proseslərini vahid rəqəmsal mühitdə birləşdirərək bu sahədə daha dəqiq təhlil və nəzarət imkanları yaradır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin