Neft Fondu dövlət büdcəsinə 9,6 milyard manat köçürdü

Hazırda oxunan: Neft Fondu dövlət büdcəsinə 9,6 milyard manat köçürdü

643231

Bu ilin yanvar–sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ümumi gəlirləri illik müqayisədə 5,6 faiz azalaraq 12 milyard 341,3 milyon manat təşkil edib.

Bizim.Media ARDNF-nin 2026-cı ilin yanvar–sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə fondun neft-qaz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 11,5 faiz artaraq 8 milyard 740,6 milyon manat olub.

Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 31,2 faiz azalaraq 3 milyard 600,7 milyon manat təşkil edib. Büdcə xərcləri hesabat dövrü üzrə illik müqayisədə 11,3 faiz azalaraq 9 milyard 681,2 milyon manat təşkil edib.

Hesabata əsasən, dövlət büdcəsinə ARDNF tərəfindən 9,6 milyard manat (11,9 faiz azalma) köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin