Azərbaycanda bu iki fəsil artıq gec başlayacaq? – Hava dəyişir

Hazırda oxunan: Azərbaycanda bu iki fəsil artıq gec başlayacaq? – Hava dəyişir

643270

Son günlər Azərbaycanda, xüsusilə Bakıda müşahidə olunan isti hava yay fəslini xatırladır. Payızın ortasında temperaturun yüksəlməsi mövsümi hava şəraiti ilə bağlı suallar yaradır.

Belə istilərin səbəbi nədir? Payızın bu cür keçməsi qarşıdakı qışın da mülayim olacağına işarədir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, oktyabr ayında belə havanın müşahidə olunması Azərbaycan, xüsusilə də Bakı və Abşeron yarımadası üçün xarakterikdir:

“Çünki bu vaxt cənubdan isti hava kütlələri daxil olur və payız havasına bir qədər istilik, mülayimlik qatır. Ona görə də gündüzlər hava bəzən çox isti olanda insanlar narahat olurlar ki, bu, iyun havasına bənzəyir. Əslində, payızın belə keçməsi çox gözəldir. Ona görə narahat olmağa dəyməz. Axşamlar onsuz da soyuq olur, gecələr hava xeyli sərinləyir. Amma yenə də insanlar havanın isti keçməsindən narahat olmasınlar. Belə hallar təbiidir. Tarixə nəzər salsaq, oktyabr ayı əsasən isti keçir”.

Ekoloq bildirib ki, oktyabrda hava bəzən isti, bəzən çox soyuq olur:

“Məsələn, 1993-cü ilin oktyabrında dağətəyi rayonlara qar yağıb. Ona görə də ölkəmizdə, mülayim subtropik qurşaqda belə havaların xarakterik olduğunu qəbul etmək lazımdır. Sadəcə, insanları narahat edən məsələ iqlim dəyişikliklərinin geniş təbliğ olunmasıdır. İqlim dəyişiklikləri Yer kürəsi yaranandan bəri baş verir. Yəni narahat olmağa dəyməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin