Zelenski: “Rubio ilə vacib məsələləri müzakirə etdik, aydın mövqeyinə görə minnətdaram”

Hazırda oxunan: Zelenski: “Rubio ilə vacib məsələləri müzakirə etdik, aydın mövqeyinə görə minnətdaram”

643240

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə anti-ballistik raket tutucuları, Rusiya hücumları barədə erkən xəbərdarlıq və “Starlink/Starshield”in bərpası məsələlərini müzakirə edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bunu “Telegram”da açıqlayıb.

Zelenski yazıb:
 

“Marko Rubio ilə danışdım və söhbətin mövzusu əsaslı idi, vacib məsələləri əhatə edirdi. Onun kömək etmək istəyinə və aydın mövqeyinə görə minnətdaram”.


Prezident qeyd edib ki, müzakirə insanların həyatını qorumaq üçün lazım olan anti-ballistik raket tutucularına, eləcə də Rusiya ballistik hücumları barədə vacib erkən xəbərdarlıq məsələsinə yönəlib.

Tərəflər, həmçinin bərpa edilməli olan “Starlink/Starshield” ətrafındakı vəziyyəti müzakirə ediblər.

 

“Əlbəttə ki, bütün bunlar bu dəhşətli müharibəyə və insanların daimi qətlə yetirilməsinə son qoymaq üçün diplomatik səylərimizin fonunda baş verir”, - deyə Prezident qeyd edib.


Ukrayna Prezidenti ABŞ dövlət katibinə konstruktiv yanaşmasına görə təşəkkür edib, həmçinin Amerikada ədalətli yanaşmaları dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin