Kamandan oxatma üzrə Azərbaycan Superkubokunun qalibi olan Fatimə Hüseynli Avropa Oyunlarına lisenziya əldə etməyi hədəfləyib.
Bizim.Media xəbər verir ki, idmançı bunu report.az-a açıqlamasında deyib.
O, yarışın gözlədiyindən də uğurlu keçdiyini bildirib:
"Superkubokda qızıl medal qazanmaq mənim üçün çox böyük uğurdur və zəhmətimin bəhrəsidir. Yarışa yaxşı hazırlaşmışdım və əsas məqsədim çempion olmaq idi. Şükürlər olsun ki, bu hədəfə çatdım. Yarışa hazırlıq mərhələsində üzərimdə işləyir, texnikamı təkmilləşdirməyə və səhvlərimi minimuma endirməyə çalışırdım. Bu qələbədə məşqçilərimin rolu çox böyükdür. Onların dəstəyi, məsləhətləri və inamları mənim üçün çox önəmlidir".
F.Hüseynli kişilər arasında yarışın qalibi olan Məhəmmədəli Əliyevlə qarşılaşmasını da dəyərləndirib:
"Məhəmmədəli Əliyevlə mübarizə aparmaq mənim üçün çox yaxşı təcrübə oldu. Düşünürəm ki, yaxşı çıxış etdim və bacardığımın ən yaxşısını göstərməyə çalışdım. Lakin külək amili və texniki atışlar zamanı bəzi səhvlər nəticəyə təsir göstərdi. Məğlub olsam da, bu qarşılaşmanı özüm üçün dəyərli sınaq hesab edirəm. Mənim üçün əsas olan səhvlərdən nəticə çıxarmaq və növbəti yarışlarda daha yaxşı nəticə göstərməkdir".
Gənclər kateqoriyasında son ilinə qədəm qoyacağını xatırladan idmançı gələcək hədəflərindən danışıb:
"Hazırkı nəticəmlə kifayətlənməyib, öz üzərimdə daha çox çalışmaq, xüsusilə küləkli havada atışlarımı yaxşılaşdırmaq istəyirəm. Növbəti il mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki gənclər kateqoriyasında son ilim olacaq.
Avropa yarışlarında ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirmək ən böyük arzularımdandır. Eyni zamanda, Avropa Oyunlarına lisenziya qazanmaq və dünya çempionatında uğurlu nəticə göstərmək istəyirəm".
Qeyd edək ki, Fatimə Hüseynli Azərbaycan Superkubokunda 70 metr məsafədə qadınlar arasında qızıl medal qazanıb. O, kişilər arasında çempion Məhəmmədəli Əliyevə isə məğlub olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:49 / 20.10.2026
Superkubokun qalibi: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"
Hazırda oxunan: Superkubokun qalibi: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"
Hazırda oxunan: Superkubokun qalibi: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"
643245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































