Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov məlumat yayıb.
Məlumata görə, görüş Xəzər Ekoloji Sammitindən sonra baş tutub və təxminən 15 dəqiqə davam edib. Görüşün təşkili ilə bağlı razılaşmanı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov əldə edib.
Bildirilir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) geniş tərkibdə keçirilən iclasının qapalı hissəsində Uşakov bu məsələ ilə bağlı İlham Əliyev və Nikol Paşinyanla ayrıca danışıb. Ermənistanın Baş naziri Xəzər Ekoloji Sammitində iştirak etməsə də, Azərbaycan və Rusiya liderləri ilə görüşmək üçün sammitin başa çatmasını gözləyib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:02 / 09.10.2026
İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi
Hazırda oxunan: İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi
Hazırda oxunan: İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi
641362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































