Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Hazırda oxunan: Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

641364

“Prezident Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Amerika vətəndaşlarını təqib etməsinə imkan verməyəcək. Vaşinqtonun məhkəməyə qarşı sanksiyalar tətbiq etməsinin səbəbi də budur”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio ABŞ-nin BCM-nin yurisdiksiyasını tanımadığını vurğulayıb:

“Biz bu məhkəmənin əməliyyatlarını bloklayacaq, resurslarını və bizə qarşı fəaliyyət imkanlarını məhdudlaşdıracağıq. Mesajımız tam aydındır: ABŞ və onun vətəndaşları saxta Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına tabe deyil”.

Rubionun sözlərinə görə, ABŞ-nin aparıcı siyasi partiyalarının hər ikisi bu mövqeyi dəstəkləyir, lakin zəruri addımları məhz Donald Tramp atıb.

“Əgər BCM-dən gələn təhdidlər dayanmasa, onun fəaliyyətinə son qoyacağıq!” – deyə dövlət katibi əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin